Accessibility links

Mahmud Əhmədinejad ölkəsinin nüvə proqramını davam etdirəcəyini deyib


İran prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasının Tehranın uranın zənginləşdirilməsini dayandırması üçün qoyduğu son müddətin bu gün bitməsinə baxmayaraq, ölkəsinin nüvə proqramını davam etdirəcəyini deyib.

İran mediası cənab Əhmdinejada istinadən bildirib ki, əgər Tehran öz nüvə proqramını hətta bir anlıq belə dayandırsa bu proqramın ziddinə olan ölkələr məqsədlərinə çatmış olacaqlar. Bu gün Ağ evdə danışan prezident Buş deyib ki, ABŞ və onun müttəfiqləri İrana qarşı sanksiyaların gücləndirilməsi istiqmətində iş aparacaq.

Bu gün habelə BMT Nüvə Enerjisinə Nəzarət Agentliyinin rəhbəri Məhəmməd Əl Baradei İranın artan nüvə potensialı ilə bağlı narahatlığını bildirərək, Tehranın nüvə silahı istehsalına başlaması üçün 3-8 il vaxt lazım olduğunu deyib. Əl Baradei bu bəyanatı Agentliyin İranın nüvə proqramı ilə bağlı hesabatını açıqlamasından sonra verib. Hesabatda Tehranın nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək uran zənginləşdirilməsi prosesinə son qoymaq tələblərini rədd edir.

XS
SM
MD
LG