Accessibility links

Amerikada Xatirə günü qeyd olunur


Bu gün Amerikada hərbi veteranların şərəfinə Xatirə günü qeyd olunur. Prezident Buş özünün həftəlik radio müraciətində vətən uğrunda həlak olmuş Amerika əsgərlərinin xatirəsini yad edib. Cənab Buş deyib ki, Amerika xalqı azadlıq uğrunda canlarından keçmiş əsgər oğlu və qızlarının, həmçinin hazırda bu ideallar uğrunda vuruşan əsgərlərin xatirəsini hörmətlə yad edir. Birləşmiş Ştatlarda Xatirə günü ənənəvi olaraq May ayının axırıncı həftəsonunda qeyd edilir. Həmin bu gündə sıravi vətəndaşlar həlak olmuş həbrçilərin məzarlarını ziyarət edir və onların qəbirlərinə əklillər qoyurlar.
XS
SM
MD
LG