Accessibility links

Ukraynada siyasi böhran davam edir


Ukrayna prezidenti və baş nazir qızışmaqda olan siyasi böhranı aradan qaldırmaq üçün danışıqları yenidən bərpa ediblər. Birləşmiş Ştatlar, Avropa Birliyi və Rusiya Ukraynanın 2 ali liderini zora əl atmaqdan çəkinməyə səsləyib.

Ukrayna prezidenti Viktor Yuşşenko və baş nazir Viktor Yanukoviç Cümə günü 3 saatlıq danışıqlar aparıblar. Bu görüş həftələlərlə davam edən qeyri-müəyyənlik və küçə nümayişlərindən sonraya təsadüf edir. Hələlik ciddi irəliləyiş əldə olunmayıb. Lakin prezident yardımçıları danışıqların davam edəcəyini bildiriblər.

Bu son böhran prezident Yuşşenkonun daxili işlər nazirliyinin qüvvələrinə nəzarəti ələ almaq haqda fərman verməsindən sonra başlayıb. Yanukoviç prezidentin fərmanını qeyri-qanuni adlandıraraq ona qarşı çıxacağını bəyan edib. Prezident Yuşenko Baş Prokuror Svyatoslav Piskunu işdən xaric edəndən sonra, qoşunların köməyi ilə Piskun prokurorluq idarəsinə daxil olmuş və prezidentin fərmanına məhəl qoymadığını bildirib. Bundan sonra Prezident Yuşşenko yeni fərman verərək daxili işlər nazirliyinin qoşunlarına komandanlığı öz əlinə alıb.

Viktor Yuşşenko prezident seçiləndən bəri onunla prezidentliyə sabiq namizəd Yanukoviç arasında qarşıdurma davam edib. Hazırda baş nazir qismində çalışan Viktor Yanukoviç Rusiya ilə sıx münasibətlərin tərəfdarıdır.

XS
SM
MD
LG