Accessibility links

İsrail daha bir Həmas nazirini ələ keçirib


Fələstin rəsmiləri İsrailin Həmas hədəflərinə endirdiyi hava hücumları nəticəsində 4 nəfərin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirir. Bu gün İsrail qüvvələri Həmasın nazirlər kabinetinin üzvü Vəsfi Kabahanı da Cenindəki evində həbs ediblər.

Cümə axşamı təhsil naziri Nasir Şair də daxil olmaqla 30 dan artıq Həmas siyasətçisi həbs olunub. Bu gün fələstin prezidenti mahmud Abbasa yaxın mənbələr daxili təhlükəsizlik xidmətinin rəhbəri Rəşid Əbu Şbakın da istefa ərizəsi verdiyini bildirib. Cənab Abbas istefanı qəbul etməyib.

XS
SM
MD
LG