Accessibility links

İtaliyada yerli seçkilər başlayıb


Bu gün İtaliyada iki günlük yerli seçkilər başlayıb. Seçkilər sol mərkəzçi baş nazir Romano Prodi üçün əsl siyasi sınaqdır. Bu gün başlayan səsvermə sabaha qədər davam edəcək. Seckilər Prodi hökumətinin birinci ildönümününə təsadüf edir. Rəy sorğuları Prodi hökumətinə ictimi dəstəyin azaldığını göstərir. Səsvermə hüququna malik olan 10 milyon italiyalı 800 bələdiyyə şurasının üzvlərini, 7 vilayətin qubernatorunu və yeni merləri seçməlidir.

XS
SM
MD
LG