Accessibility links

Avropa İttifaqı ilə İran müzakirələri bərpa edir


İran yüksək səviyyəli nüvə müzakirəçisi Əli Laricani və Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Haviyer Solananın cümə axşamı günü görüşəcəyini elan edib. İranın Xarici İşlər Nazirliyinin açıqlaması danışıqların təxirə salındığının elan edilməsindən bir neçə saat sonra verilib. Nazirliyin sözçüsü görüşün harada təşkil ediləcəyinin hələ müəyyən olmadığını bildirib. Danışıqlar İranla Avropa İttifaqının nüvə silahları ilə bağlı dalana dirənmiş müzakirələrin bərpası demək olacaq.

XS
SM
MD
LG