Accessibility links

Sabah ABŞ-da xatirə günü qeyd edilir


Birləşmiş Ştatlar boyu mosikletçilər Xatirə gününü qeyd etməkdən ötrü paytaxt Vaşinqtona axışırlar. Yüz minlərlə insan Rollinq Thunder adlanan törəndə iştirak edəcək. Bu aksiyada ABŞ veteranlarının səhhəti ilə bağlı ölçülər götürülməsinə çağırılacaq. Bir çoxları Vyetnam müharibəsi veteranları olan motosikletçilər bu səhər Pentaqonun yanından keçərək Vyetnam xatirə abidəsi önünə gəliblər. Sabah prezident Corc Buş Arlinqton Milli Qəbiristanlığında əklilqoyma mərasimində iştirak edəcək. Hər il federal səviyyədə qeyd olunan bu bayram günündə Amerika uğrunda canlarından keçmiş əsgərlərin xatirəsi yad edilir. Həmin bu gün amerikalılar pikniklər keçirir və bayram süfrələri açır.

XS
SM
MD
LG