Accessibility links

Britaniya səfiri sabiq DTK agentinin təhvil verilməsini istəyir


Britaniyanın Rusiyadakı səfiri sabiq Rusiya casusunun zəhərlənməsi ilə bağlı işdə başlıca şübhəli hesab edilən şəxsin ekstradisiyası haqda rəsmən müraciət edib. Səfir Antoni Brenton rus biznesmeni və sabiq DTK agenti Andrey Luqovoyun ekstradisiyasını tələb edən sənədləri Rusiya Xarici İşlər Nazirliyinə təqdim edib. Ötən həftə Britaniya prokurorları Luqovoyu Birləşmiş Krallıqda məhkəmə qarşısına çıxarmaq istədiklərini elan ediblər. Luqovoy isə günahsız olduğunu deyir. Rusiya rəsmilərinin dediyinə görə, ölkə konstitutsiyası vətəndaşların xarici ölkəyə eksrtadisiyasını qadağan edir. Britaniya polisi müyyən edib ki, Aleksandr Litvinenko Polonium-210 maddəsindən zəhərləndiyi gün Luqovoy və başqa rus biznesmeni ilə görüşüb.
XS
SM
MD
LG