Accessibility links

Venesuelada özəl şirkətin fəaliyyətinə son qoyuldu


Venesuela hökuməti 53 illik fəaliyyəti olan özəl Radio Karakas Televiziya şirkətinin nəzarətini əlinə aldı. Addım ölkə boyu tənqidlərlə bərabər alqışlarla da qarşılanıb. Şirkəti dəstəkləyən minlərlə insan Karakasın Milli Telekommunikasiya Komissiyasının önündə etiraz aksiyası keçirib. Nümayişçilərin polisə hücumu nəticəsində 11 polis zabitinin yaralandığı bildirilir. Paytaxtın dirgər yerlərində isə şirkətin bağlanmasını müdafiə edən prezident Hüqo Çavesin tərəfdarları nümayişə çıxıblar. Prezident Çaves isə deyir ki, tele-radio şirkəti beş il əvvəl onun hakimiyyətinin devrilməsi cəhdlərinə dəstək vermişdi.

XS
SM
MD
LG