BMT-nin bildirdiyinə görə, 2007-ci ilin ilk dörd ayı ərzində Taleban yaraqlıları və beynəlxalq qüvvələr arasındakı döyüşlər 320 milki vətəndaşın ölümünə səbəb olub. Bu gün BMT-nin humanitar hüquqlar üzrə nümayəndəsi Riçard Bennet müxbirlərlə söhbəti zamanı bu göstəricinin təxmini olduğunu və ölənlərin sayının 380-dən yuxarı ola biləcəyini deyib. Cənab Bennet hərbi qüvvələri və yaraqlıları beynəlxlaq humantar qanunlara riayət, günahsız insanları müdafiə etməyə çağırıb. Bununla yanaşı əfqan rəsmiləri bu gün Qunduz vilayətində kamikadze hücumu nəticəsində iki mülki vətəndaşın həlak olduğunu, bir nəfərin yaralandığını bildiriblər.