Accessibility links

Rusiya silah sazişini yenidən müzakirə etmək istəyir


Rusiya Soyuq Müharibə dövründə imzalanmış silahlara nəzarət müqaviləsinin gələcəyini müzakirə etmək üçün fövqəladə konfransın keçirilməsinə çağırıb. Rusiya Daxili İşlər Nazirliyi İyunun 12-də Vyanada xüsusi yığıncaq üçün müraciət ünvanlayıb. Ötən ay Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, əgər onun maraqları nəzərə alınmazsa Rusiya Avropada Konvensional Qüvvələr haqda sazişə riayət etməyi dayandıra bilər. Bu müqavilə Avropada mövcud olan təyyarə, tank və qeyri-nüvə silahlarının miqdarını məhdudlaşdırır. Rusiya NATO ölkələrini sazişi ratifikasiya etmədiklərinə görə tənqid edir. Həmin NATO üzvləri isə bəyan edirlər ki, bundan əvvəl Moskva rus qoşunlarının Gürcüstandan və Moldovadan çıxarılması haqda öhdəliyinə əməl etməlidir.

XS
SM
MD
LG