Accessibility links

ABŞ təyyarələri Türkiyənin hava məkanına təsadüfən daxil olub


ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmiləri Amerikanın iki döyüş təyyarəsinin İraq sərhədləri yaxınlığında Türkiyənin hava məkanına təsadüfən daxil olduğunu bildirib. Amerika və Türkiyə rəsmiləri hadisə ilə bağlı təhqiqiat aparıldığını deyirlər. Türkiyə ordunun bildirdiyinə görə, F-16 növlü təyyarələr may ayının 24-də qısa müddət hava sərhədlərini pozublar. Bunun 4 dəqiqə davam etdiyi bildirilir. Hava sərhədlərinin pozulmasına dair xəbər türk qüvvələrinin İraqdakı kürd yaraqlılarına qarşı əməliyyata hazırlaşdığına dair şaiyələrin yayıldığı vaxta təsadüf edib. Keçən həftə Türkiyənin xarici işlər naziri Abdulla Gül belə bir əməliyyatın planlaşdırılmadığını demişdi.

XS
SM
MD
LG