Accessibility links

Şimallı və cənublu koreyalılar arasında danışıqlar keçirilir


Yüksək səviyyəli Şimali Koreya nümayəndə heyəti Seulun Pxenyana vəd etdiyi qida yardımını göndərməkdən imtinasını müzakirə etmək üçün Cənubi Koreyadadır.

Şimali Koreyanın baş kabinet müşaviri Kvon Ho Yunqun başçılıq etdiyi nümayəndə heyəti Seula bu gün başlayan səfəri cümə gününə davam edəcək. Seul rəsmiləri Pxenyan nüvə reaktorunu bağlama prosesinə başlamayana qədər düyü göndərməyəcəyini deyib.

Şimali Koreya nüvə müəssisələrini Aprelin ortalarında sökməyə nbaşlayacağını vəd etsə də, sonra Makau bankında dondurulmuş 25 milyon dollar vəsait azad edilməyənə qədər bu işə başlamayacağını deyib.

Bu gün İndoneziyada mövzu ilə bağlı açıqlama verən ABŞ-ın nüvə danışıqlarındakı nümayəndəsi Kristofer Hill Şimali Koreyanı nüvə reaktorlarını tezliklə bağlamağa və Beynəlxalq Nüvə Enerjisi Agentliyinin müfəttişlərini ölkəyə buraxmağa çağırıb.

XS
SM
MD
LG