Accessibility links

Sudana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilir


ABŞ prezidenti Corc Buş Darfur regionunda zorakılıqların qarşısının alması üçün Xartuma təzyiq məqsədi ilə Sudana qarşı yeni iqtisadi saksiyalar tətbiq edib. Bu gün Ağ Evdə çıxış edən prezident deyib ki, sanksiyalar Sudanın Amerika ilə biznes əlaqələrinə malik olan və ABŞ maliyyə sisteminə yolu olan 31 şirkətə şamil edilir. Corc Buş BMT-nin Təhlükəsizlik Şurasını Sudana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair yeni qətnamə qəbul etməyə çağırıb. Prezident Darfur zorakılıqlarını genosid kimi qiymətləndirərək, dünyanın buna son qoymalı olduğunu deyib.

XS
SM
MD
LG