Accessibility links

Səkkizlər Qrupunun sammitinə hazırlıq gedir


Səkkizlər Qrupunun xarici işlər nazirləri Almaniyanın Potsdam şəhərində gələn həftə şimal-şərqi Helligendam kurortunda keçiriləcək sammitə hazırlaşırlar. Pakistan və Əfqanıstanın xarici işlər nazirləri də bu günün iclasında iştirak edirlər. Güman edilir ki, yığıncaqda Talibana qarşı hərbi əməliyyatlarda müttəfiqlərin üzərinə düşən yükün bölüşdürülməsi müzakirə ediləcək. G-8-in gündəliyində duran başqa məsələ BMT-nin Kosovo vilayətinin müstəqilliyi haqdakı planıdır. Günün sonunda isə ABŞ, Amaniya və Rusiya Livanda eskalasiya edən zorakılıqları müzakirə edəcəklər. Bu gün Alman polisi 10 kilometrlik metal hasarla sammitin keçiriləcəyi Helligendam şəhərini dövrəyə alıb.
XS
SM
MD
LG