Accessibility links

İran nüvə proqramı ilə bağlı  heç bir şərti qəbul etməyəcək


İranın nüvə müzakirəçisi Əli Laricani İranın nüvə proqramı ilə bağlı müzakirələrdən əvvəl heç bir şərti qəbul etməyəcəyini deyib. Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Haviyer Solana ilə görüş keçirmək üçün Madridə yola düşməzdən əvvəl Laricani bildirib ki, İran yeri və vaxtından asılı olmayaraq, nüvə mübahisələrinin həlli üçün konstruktiv mükazkirələrə hazırdır. BMT-nin Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsi proqramının dayandırılması çağırışları Əli Laricani mənasız adlandıırb. O deyib ki, bu tələblər taktiki deyil. Biz öz prinsiplərimizə sadiq qalacağıq. Müzakirələrdən əvvəl nüvə fəaliyyətlərinin dayandırılması tələbi rasionallıqdan uzaqdır-deyə Laricani bildirib.

XS
SM
MD
LG