Accessibility links

ABŞ və Əfqanıstan hərbi qüvvələri taliban yaraqlılarını hədəf alıb


Birləşmiş Ştatlar və Əfqanıstanın hərbi qüvvələri ölkənin şərq bölgələrində taliban döyüşçülərini hədəf alaraq, altı yaraqlını qətlə yetiriblər. Son zamanlar ölkənin əvvəlkər daha təhlükəsiz bölgələri hesab yerlər də daxil olmaqla, Əfqanıstanda zorakılıqların artdığı müşahidə olunur.

ABŞ və Əfqanıstan hərbi qüvvələri ilə taliban yaraqlıları arsında döyüş Nangarhar vilayətinin Calalabad şəhəri yaxınlığında baş verib. ABŞ hərbi qüvvələrinin sözçüsü mayor Kris Blçer müttəfiq qüvvələrin yerli yaraqlıların atəşinə cavab atəşi veriblər. Onun sözlərinə görə, hərbi qüvvələr etibarlı kəşfiyyat məlumatlarına əsaslanaraq, yerli taliban döyüşçülərinə sığınacaq verildiyi yeri tapıblar. O, döyüş zamanı altı nəfərin ölüdürüldüyünü, dörd döyüşçününsə sorğu-sual edilmək üçün saxlandığını deyob.

Eyni zamanda, Əfqanıstan və koalisiya qüvvələrinin dünən Xost vilayətində keçirdiyi reyd zamanı üç Əl-Qaidə döyüşçüsünü həbs ediblər.
Hər iki vilayət ABŞ və Əfqanıstan hərbi qüvvələrinin taliban və əl-Qaidə tərəfdarı döyüşçülərin strateji baza yaratdığı Pakistanın ucqar qəbulə bölgələrilə həmsərhəddir.

ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri son həftələr talibanın hücumlarının qarşısını almağa çalışaraq sərhəd bölgələrində talibanın Əfqanıstan ərazisindəki mövqelərinə reydlər keçiriblər. Bu gün Kabildə müxbirlərlə danışan NATO-nun sözçüsü general-leytenant Anqela Billinqs deyib ki, Qəndəhar vialəytində yaraqlılara qarşı genişmiqyaslı əmliyyatda 500-dən çox əsgər iştirak edir.

XS
SM
MD
LG