Accessibility links

Livanda fələstinlilərin qaçqın düşərgəsində toqquşmalar ara-sıra davam edir


Livanın şimalındakı fələstinilərin qaçqın düşərgəsində hökumət qüvvələri və Fətah Əl-İslam yaraqlı qrupu arasında ara-sıra toqquşmalar davam edir. Livan ordusunun veriyi məlumata əsasən, son toqquşmalar zamanı bir əsgər həlak olub.

Nəhr Əl-Bəred düşərgəsindəki toqquşmalar zamanı yaraqlıların da tələfat verdiyi haqda məlumatlar gəzir. Qaçqın düşərgəsində 10 gün davam etmiş döyüşlər zamanı, 34 Livan əsgəri, 24 yaraqlı və bir neçə mülki vətədaş daxil olmaqla, 80 nəfər qətlə yetirilib.

İslamçı yaraqlılar hökumətin təslim olmaq tələbini rədd edir. Dünən Livan hökuməti Fətah Əl-İslamın 20 döyüşçüsünü terrorizmdə ittiham etmişdir.

XS
SM
MD
LG