Accessibility links

Prezident Buş Şərqi Avropada raketdən müdafiə sistemi quraşdırılmasını müdafiə edib


Prezident Buş ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sistemi quraşdırmasını müdafiə edib. Cənab Buş xarici müxbirlərə deyib ki, proqram qanundankənar rejimlərə qarşı yönəlib və Rusiyaya təhlükə deyil.

Vaşinqton Çex Respublikasında radar bazası, Polşada isə raketləri qəbul edəcək mərmilər yerləşdirməyi planlaşdırır. Lakin Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ştatları yeni silah yarışına start verməkdə ittiham edir. Cənab Buş Rusiya prezidenti ilə gələn həftə Almaniyada keçiriləcək Böyük Səkkizərin sammitində görüşəcək.

XS
SM
MD
LG