Accessibility links

Hindistanla ABŞ arasında nüvə razılaşmaları müzakirə olunur


ABŞ və Hindistan rəsmiləri Nyu Delidə mülki nüvə enerjisi razılaşmasına dair iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların ikinci gününü başa vurublar.

ABŞ nümayəndə heyətinə başçılıq edən dövlət katibinin müavini Nikolas Burns bu gün məsələni Hindistanın xarici işlər naziri Anand Şarma ilə müzakirə edib. Tərəflər arasında ekspertlər səviyyəsində də müzakirələr gedir.

Cümə axşamı Ağ evin sözçüsü Toni Snou razılaşmanın texniki səbəblər ucbatından təxirə salındığını deyib. Lakin o, Vaşintonun razılaşmaya sadiq olduğunu deyib.

XS
SM
MD
LG