Accessibility links

Ukrayna prezidenti və baş naziri erkən seçkiləri müzakirə edirlər


Ukrayna prezidenti və baş naziri bu gün ölkədəki siyasi böhrana son qoyduqdan sonra erkən parlament seçkilərini müzakirə ediblər. Rusiya xəbər agentlikləri prezident Viktor Yuşşenko və baş nazir Viktor Yanukoviçin keçmiş baş nazir Yuliya Timoşenko da daxil olmaqla müxalifət liderləri ilə görüşdükdən sonra danışdıqlarını yazır. Prezident Yuşşenko bu gün parlamentə sentyabrın 30-da erkən parlament seçkiləri keçirmək üçün seçki qanunları qəbul etmək məqsədilə daha bir gün vaxt verib. Bu həftənin əvvəlində prezident qanunvericilər lazım olan qanunları qəbul etməsələr 60 gün ərzində seçki keçirəcəyini deyib.
XS
SM
MD
LG