Accessibility links

Nuri ƏL-Maliki: ABŞ hərbi bazalarının İraqda qalma müddəti barədə qərarı iraqlılar verə bilər


İraqın baş naziri Nuri Əl Maliki Birləşmiş Ştatların müdafiə naziri ilə danışıqlar zamanı Amerika hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərinin müddəti barədə məsələyə toxunulmadığını deyib. Baş nazir deyib ki, Birləşmiş Ştatlar hərbi bazalarının İraqda qalma müddəti barədə qərarı yalnız İraq hökuməti və iraqlılar səsvermə vasitəsi ilə verəcəklər. Baş nazirin sözlərinə görə, xarici qoşunların İraqda təxminən 50 il müddətində qalması barədə razılıq əldə edilməsi İraqlılardan asılıdır.

ABŞ Müdafiı naziri Robert Geyts bu həftənin əvvəllərində müxbirlərlə görüşü zamanı demişdi ki, Amerika Cənubi Koreyada yerləşdirdiyi bazaları kimi İraqda da hərbi bazaların üzün müddətə qalması üçün müxtəlif yollar axtarır. Nazir əlavə etmişdi ki, Birləşmiş Ştatlar bunu yalnız İraq hökuməti ilə razılıqdan sonra edə bilər.

İraqda muxtar statusa malik olan Kürdüstanın paytaxtı İrbil şəhərində cənab Maliki müxbirlərə deyib ki, Kürd liderləri ilə danışıqlar zamanı Türkiyənin bu regionla bağlı narahatlıqları da müzakirə olunub. Baş nazir vurğulayıb ki İraq ərazisindən başqa dövlətə hücum üçün baza kimi istifadə edilməməlidir. Eyni zamnda o, Türkiyəni yaranmış problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.

XS
SM
MD
LG