Accessibility links

ABŞ hərbi gəmisi Somalidə bir kəndə hücum edib


Somali rəsmiləri və şahidlər ABŞ hərbi gəmisinin islamçı yaraqlı olduqları ehtimal olunan qüvvələrin istehkam qurduğu sahilkənarı kəndi bombardman etdiyini bildirib. Yerli rəsmilər cümə günü axşam baş verən hücum zamanı hərbi qırıcının Somalinin şimalındakı yarımmuxtar Puntland əyalətinin Barqal kəndinə atəş açdığını bildirib.

Rəsmilər ekstremist qüvvələrin Barqalda bu həftənin əvvəlindən istehkam quraraq yerli qoşunlarla döyüşdüyünü bildirib.

ABŞ Müdafiə nazirliyinin sözçüsü Brayan Uitman məlumatı nə təsdiq, nə də təkzib edib. O yalnız Birləşmiş Ştatların terror potensialının olduğu yerdə bu potensialı hədəf almaq məqsədinə sadiq olduğunu deyib.

CNN beynəlxalq servisi gəmilərin 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində bomba hücumu həyata keçirən Əl qaidə yaraqlıları olduğu ehtimal edilən adamlara atəş açdığını bildirib.

XS
SM
MD
LG