Accessibility links

Almaniyada on minlərlə antiqlobalist aksiya keçirib


On minlərlə nümayişçi Almaniyada gələn həftə keçiriləcək böyük səkkizliyin görüşünə etiraz əlaməti olaraq ölkənin şərqindəki Rostok şəhərində yürüş keçirib.

Bu gün Rostokun mərkəzi küçələri ilə yürüş edən nümayişçilər plakatlar və bayraqlar qaldırıb, sülh və anti-kapitalizm şüarları bağırıblar.

Böyük səkkizliyin sammiti əleyhinə ən geniş etiraz nümayişi hesab edilən aksiyaya qoşulmaq üçün daha minlərlə insanın avtobus və qatarlarla aksiya yerinə gətirildiyi bildirilir.

Təşkilatçılar 100 minə qədər adamın nümayişə qatıldığını ehtimal edir. Almaniya rəsmiləri nümayiş zamanı zorakılığın qarşısını almaq üçün minlərlə polis və daxili qoşunu şəhərdə yerləşdiriblər.

Məmurlara daş atan nümayişçilərlə polis arasında xırda toqquşmalar olub.

XS
SM
MD
LG