Accessibility links

Almaniyada min nəfərə yaxın insanın yaralandığı bildirilir


Dünən Almaniya polisi ilə gələn həftə keçiriləcək Böyük Səkkizlər Qrupunun sammitinə qarşı etiraz nümayişləri keçirən anarxistlər arasında ölkənin şimalındakı Rostok şəhərində baş verən toqquşma zamanı min nəfərə yaxın adamın yaralandığı xəbər verilir.

Nümayişçilərə qarşı su və gözyaşardıcı qazdan istifadə edən polisə nümayişçilər daş, butulka və benzin bombası atıb. Dünən baş verən toqquşma zamanı eləcə də, 400 nəfərdən çox polisin yaralandığı xəbər verilir. Bu gün isə Rostokda sakitlikdir.

XS
SM
MD
LG