Accessibility links

ABŞ prezidenti Böyük Səkkizlərin sammitində iştirak etmək üçün Avropaya yola düşüb


Prezidentin ilk dayanacağı Çex lideriləri ilə Əfqanıstan və İraqa yardım məsələsini və Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsi barədə danışıqlar aparmaq məqsədi ilə Praqada olacaq. Bu, prezidentin Avropaya səfərinin əsas məramlarından biridir.

Rusiya prezidenti Vladimir Putin deyib ki, prezident Buşun planı Avropada qızğın silahlanmaya gətirib çıxaracaq və Rusiyanın nüvə cəbhəxanasına təsir edəcək.

Birləşmiş Ştatların Milli Təhlükəsizlik üzrə məsləhətçisi Stiv Hadli Buş administrasiyasının Moskvaya dəfələrlə müdafiə sisteminin Rusiyaya təsiri olmayacağını təkrar etdiyini deyib. Hadli deyib ki, Birləşmiş Ştatlar rəsmiləri azı 18 ildir ki, Moskvaya raketdən müdafiə sisteminin uzunmüddətli təhlükəsizlik və Birləşmiş Ştatlarla məhsuldar əməkdaşlıq zəmini olacağını təkrar edir.

Praqadan sonra cənab Buşun çərşənbə günü Almaniyaya gedəcəyi gözlənilir. Dünyanın sənayesi inkişaf etmiş ölkələrinin Səkkizlər Qrupunun şərəfinə təşkil ediləcək ziyafətdən əvvəl cənab Buş Almaniya kansleri Angela Merkellə görüşəcək. Görüş Baltik dənizinin sahilindəki Heiliqendam şəhərində keçiriləcək.

Səkkizlər Qrupunun cümə axşamı keçirəcəyi sammitdə digər vacib məsələlərlə yanaşı, iqlim dəyişikliyi və qlobal ticarət məsələlərinin də müzakirə olunacağı gözlənilir. Qrup üzvlərinin eləcə də bir neçə Afrika ölkələri və Səkkizlər Qrupuna yaxın olan dövlətlər, Briziliya, Çin, Hindistan, Meksiko və Cənubi Afrika liderləri ilə görüşəcəkləri də gözlənilir. Sammitin keçiriləcəyi müddət ərzində prezident Buşun Britaniyanın baş naziri Toni Bleyir, Fransa prezidenti Nikola Sarkozi və prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir. Prezident Buş cənab Putinlə görüşü zamanı raketdən müdafiə sistemindən əlavə o, Kosovo məsələsinə də toxunacaq. Britaniyanın baş naziri qismində Toni Bleyerlə isə cənab Buşun demək olar ki, son görüşü olacaq. Qeyd edək ki, bu ayın axırı başp nazir Bleyir istefaya çıxır. Nikola Sarkozi ilə Fransa prezidenti kimi ilk görüş olacaq. Cənab Buşun raketdən müdafiə sistemi məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Polşaya da səfər edəcəyi gözlənilir. Bundan sonra cənab Buş İtaliya liderləri ilə Əfqanıstan, Balkan, Livan, Kosovo və İran məsələlərini müzakirə etmək üçün Romaya gedəcək. İtaliyada cənab Buş və birinci xanım ilk dəfə Roma Papası Benediktlə görüşəcək. Cənab Buşun eləcə də ilk dəfə Albaniyaya və artıq NATO-ya üzv olan Bolqarıstana da səfəri gözlənilir.

XS
SM
MD
LG