Accessibility links

Sabiq Liberiya diktatoru beynəlxalq tribunalı ədalətsiz adlandırır


Sabiq Liberiya Prezidenti Çarlz Teylor Haaqadakı müharibə cinayətləri məhkəməsini baykot edərək onun ədalətli olmayacağına inandığını bəyan edib. Bu gün vəkili vasitəsilə açqıladığı bəyanatda Teylor Sierra Leon üçün yaradılmış xüsusi məhkəməni oyun adlandırıb. O, bu məhkəmənin ədalətli qərar çıxaracağına inanmadığını deyib. Teylor həmçinin məhkəmənin onu lazımi vəkillər komandası ilə təchiz etmədiyini bildirərək dinləmələrdə iştirak etməyəcini söyləyib. Teylorun vəkili məhkəmə prosesini tərk edərək məlumat verib ki, Teylor özü özünü təmsil etmək istəyir. Sabiq Liberiya lideri 1991-ci ildən 2002-ci ilədək hakimiyyəti dönəmində müharibə cinayətləri ilə bağlı 11 maddə ilə üzləşir. Bu cinayətlər arasında qətl, zorlama, terrorizm və başqa əməllər yer alıb.
XS
SM
MD
LG