Accessibility links

Amerikalılar müharibədən də, demokratlardan da narazıdırlar


Yeni rəy sorğusu amerikalıların İraqdakı müharibədən və demokratların nəzarəti altında olan konqresdən narazılığının artdığını göstərir. Bu gün Vaşinqton Post və ABC nyus tərəfindən açıqlanan sorğu nəticələrinə əsasən, rəyi soruşulanların 61 faizi İraqda müharibənin əleyhinədir, 53 faizi isə İraqda hərbi əməliyyatların Birləşmiş Ştatlara uzun müddətli təhlükəsizlik gətirmədiyi qənaətindədir.

Rəyi soruşulanların 55 faizi İraqdakı ABŞ hərbi qüvvələrinin sayının azaldılmasına tərəfdar olduğu halda, cəmi 15 faizi qüvvələrin dərhal İraqdan çıxarılmasını məsləhət görür. Demokratların çoxluq təşkil etdiyi konqresi isə cəmi 39 faiz - apreldəki sorğuya nisbətən 5 faiz az respondent dəstəkləyib. Prezident Buşun işini dəstəkləyənlərin sayı isə dəyişməz qalıb – 35 faiz.

XS
SM
MD
LG