Accessibility links

Robert Geyts: Manas hərbi bazası terrorla savaşda əsas amillərdəndir


ABŞ müdafiə naziri Robert Geyts deyib ki, Qırğızıstandakı hərbi bazanın istifadəsi terrora qarşı beynəlxalq savaşda əsas amillərdən biridir. Bu gün Bişkekdə qırğız həmkarı İsmayıl İsakovla danışıqlardan sonra bu bəyanatı verən cənab Geyts görüş zamanı iki ölkə arasında hərbi və qeyri-hərbi əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edildiyini deyib.

Qırğızıstan qanunvericiləri bu yaxınlarda hökuməti ABŞ qüvvələrini Manas bazasından çıxarmağa çağırıblar. ABŞ bazanı Əfqanıstandakı əməliyyatlar üçün çıxış nöqtəsi olaraq işlədir.

Ötən il Amerika əsgərinin yerli yük maşını sürücüsünü səhvən qətlə yetirməsindən sonra ABŞ hərbi qüvvələrinin Qırğızıstanda qalması ilə bağlı gərginlik artıb. Qırğız rəsmiləri əsgərin qətlə görə mühakimə olunmasını tələb etsə də, o, ABŞ-a göndərilib.

XS
SM
MD
LG