Accessibility links

Corc Buş Almaniyadadır


Prezident Buş Baltik dənizi sahilindəki Hayliqendam şəhərində Böyük Səqqizliyin sammitində iştirak üçün Almaniyaya gəlib. O Almaniyaya yola düşməzdən əvvəl Praqanın Çernin sarayında demorkatiya fəallarının konfransında etdiyi çıxışında Rusiyanı islahatları gecikdirdiyinə görə tənqid edib və Çinin siyasi plüralizmə qarşı çıxdığını deyib.

Prezident bildirib ki, demokratiya uğrunda çalışanlar Birləşmiş Ştatların birmənalı dəstəyini alacaqlar. O həmçinin Şərqi Avropanın keçmiş kommunist ölkələrini demokratik hərəkatlara verdiyi dəstəyinə görə alqışlayıb.

Prezident Rusiyada vətəndaşların söz sahibi olacağı istiqamətində aparılmalı olan islahatlar getmir və bu demokratik inkişafa əngəllər törədir. O, Çin liderlərini də ölkənin siyasi sistemini liberallaşdırmadan iqtisadiyyatını azad etməyə çalışmaqda günahlandırıb. Lakin cənab Buş bunu da deyib ki, Birləşmiş Ştatlar fikir ayrılıqlarına baxmayaraq, bu ölkələrlə münasibət qurmaqda davam edəcək.

Bundan öncə Çexiya prezidenti ilə görüşdən sonra cənab Buş bildirib ki, Rusiya ABŞ-ın Avropada raketlərdən müdaifə sistemini yerləşdirmək planlarından qorxmamalıdır. Bu gün Praqada müxbirlərlə danışan ABŞ prezidenti soyuq müharibənin bitdiyini və Rusiyanın düşmən ölkə olmadığnı bildirib. Prezident Buş deyib ki, o, prezident Putini iki ölkənin təhlükələrin qarşını almaq üçün birgə işləyə biləcəyinə əmin etməyə çalışacaq.

Cənab Buş raketlərdən müdafiə sisteminin inkişaf etdirilməsi və birgə təhlükələrə qarşı mübarizədə Rusiyanı bir daha əməkdaşlığa çağırıb. ABŞ prezidenti bu açıqlamaları Çex Republikasını paytaxtında ölkə prezidenti Vaslav Klaus və baş nazir Mirek Topolaneklə görüşündən sonra verib. Çexiya prezidenti Corc Buşla görüş zamanı İraq və Əfqanıstanda vəziyyət, çex vətəndaşlarına Amerika vizalarının verilməsi və ABŞ-ın raketlərdən müdafiə sistemi planının müzakirə edildiyini bildirib.

Prezident Buşun Çex Respublikasına səfəri zamanı ətraf mühitin mühafizəsi təşkilatı olan Qrinpis bu gün Praqada etiraz nümayişi keçirib.

XS
SM
MD
LG