Accessibility links

Livan qoşunları Fələstin qaçqın düşərgəsinə hücum edib


Livan qoşunları Fətah əl İslam döyüşçülərini məğlub etmək üçün ölkənin şimalındakı Fələstin qaçqın düşərgəsinə hücum edib. Nəhr əl Bared düşərgəsində istehkam quran yaraqlı qrupu hücuma ağır artilleriya atəşi ilə cavab verib.

Fətah qrupunun komandiri Xalid Arif bəzi yaraqlıların qrupa xəyanət edərək silahı yerə qoyduğunu və döyüşlərdən kənarlaşdığını deyib. Tripoli yaxınlığındakı düşərgədə iki həftədən artıqdır davam edən döyüşlərdə əsgərlər, yaraqlılar və mülkilər də daxil olmaqla yüzdən artıq adam həlak olub. Bazar ertəsi döyüşlər Livanın Sayda şəhəri yaxınlığında ən böyük fələstin qaçqın düşərgəsi olan Eyn əl Hilvəyə də keçib.

XS
SM
MD
LG