Accessibility links

Ukrayna prezidentin müşavirinin Rusiyaya buraxılmamasına görə Rusiyanı tənqid edib


Ukraynanın xarici işlər nazirliyi Kiyev rus millətçisini ölkəyə qoymadıqdan sonra prezident Viktor Yuşşenkonun yüksək səviyyəli müşavirinin Rusiyaya daxil olmasına qadağa qoyduğu üçün Rusiyanı tənqid edib. Xarici işlər naziri Arseni Yatsençuk deyb ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla cümə axşamı görüşü zamanı Moskvanın prezidentin müşavirinə ölkəyə daxil olmasına nə üçün imkan vermədiyini müzakirə edəcək. Ukrayna prezidentinin müşaviri Mikola Julinski cümə günü Sankt Peterburqa özəl səfər etməyə hazırlaşırdı, lakin Rusiya onun ölkəyə daxil olmasına icazə verməyib.
XS
SM
MD
LG