Accessibility links

Toni Bleyr Vladimir Putinlə səmimi söhbət edəcəyini deyib


Britaniyanın baş naziri Toni Bleyr deyib ki, o, Moskva ilə Qərb arasında gərginliyi səngitmək üçün Rusiya prezidenti Vladimir Putinlə Almaniyada keçirilən sammit zamanı səmimi söhbət edəcək.

Sammitə yola düşməzdən əvvəl müsahibə verən cənab Bleyr Londonda keçmiş rus casusunun qətlinin Moskva ilə diplomatik əlaqələri gərginləşdirdiyini deyib.

Bundan öncə, Guardian qəzetinə verdiyi şərhdə isə cənab Bleyr deyib ki, Moskvanın SSRİ dağıldıqdan sonra Qərblə bölüşdüyü dəyərlərdən üz çüvirəcəyi təqdirdə Avropa Rusiya ilə ticarəti kəsməyə başlaya bilər.

XS
SM
MD
LG