Accessibility links

Böyük səkkizliyin sammitinə etiraz edənlərin mitinqi qadağan olunub


Böyük səkkizliyin sammitinin mühafizəsini həyata keçirən Almaniya polisi Rostok şəhəri yaxınlığında qlobalizasiya əlyehinə nümayişçilərə qarşı yüksək təzyiqli su işlədib.

Rəsmilər bildiriblər ki, bu tədbirə nümayişçilərin polisə daş atmağa başlamasından sonra əl atılıb. Səkkiz polis işçisinin xəsarət aldığı bildirilir.

Gunortadan sonra etiraz edənlər hava limanından toplantı yerinə gedən üç əsas yolu bağlayıblar. Polis yolu bağlayan 9 minə qədər nümayişçini yoldan yığışdırmağı planlaşdırdığını deyib.

Bu arada Almaniya Konstitusiya məhkəməsi Heyligendamın ətrafındakı 12 kilometrlik hasar yanında mitinq keçirilməsinə qoyulan qadağanı qüvvədə saxlayıb. Nümayişçilər həmçinin sammiti işıqlandırmaq üçün jurnalistlərin gəldiyi dəmir yolunda da toplaşıblar.

XS
SM
MD
LG