Accessibility links

Korrupsiyada günahlandırılan demokrat konqresmen haqqında iki qətnamə çıxarılıb


ABŞ Nümayəndələr palatası federal hüquq mühafizə orqanları tərəfindən korrupsiyada günahlandırılan Luizianalı demokrat Uilyam Ceferson haqqında iki qətnamə qəbul edib.

Palatanın respublikaçılarının lideri Con Beyner tərəfindən təklif olunan birinci qətnamədə Etika komitəsinin Cefersonun Konqresdən xaric olunmasını nəzərdən keçirməsi nəzərdə tutulur.

Demokratların lideri Steni Hoyerin təklif etdiyi qətnamə isə ittihamlarla üzləşən istənilən konqressmenin Etika komitəsi tərəfindən yoxlanılmasını tələb edir.

Cefersona qarşı bazar ertəsi rüşvətə vasitəçilik, qara pulların yuyulması, reket kimi ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG