Accessibility links

Pakistanda etiraz aksiyaları keçirilib


Bu gün Pakistan şəhərlərində nümayişçilər ölkənin baş hakiminin işdən çıxarılması və mediaya son təzyiqlərə etiraz aksiyası keçirib. Beş minə qədər nümayişçi bu gün şərqdəki Lahor şəhərində prezident Pərviz Müşərrəfə qarşı şüarlar qaldırıb.

İslamabadda isə daha jurnalistlərdən və müxalifət tərəfdarlarından ibarət daha kiçik qrup paytaxtda etiraz aksiyalarının keçirilməsinə qoyulan qadağaya baxmayaraq, etiraz aksiyası keçirib.

Bu həftənin əvvəlində general Müşərrəf media ilə bağlı qaydaları sərtləşdirən fövqəladə fərman imzalamışdı.

Nümayişlərdən öncəki günlər ərzində müxalifətdə olan Pakistan Müsəlman Liqası və Pakistan Xalq Partiyasının sözçüləri yüzlərlə partiya üzvünün həbs olunduğunu bildirmişdi. Hökumət 300-ə qədər adamın həbsə alındığını bidlirib

XS
SM
MD
LG