Accessibility links

Taliban yaraqlıları girov götürdükləri tibb işçilərini azad ediblər


Özünü Taliban sözçüsü kimi təqdim edən Şahabuddin Atal bildirib ki, Əfqanıstan rəsmiləri tərəfindən nəzarət altına alınmış Taliban komandiri Molla Dadullanın cəsədi bu gün qaytarıldıqdan sonra onlar da 4 nəfər Əfgan tibb işçisini azad edib, beşincinin isə cəsədini qaytarıblar. Talibanlar çərşənbə axşamı bildirmişdilər ki, Molla Dadullanın cəsədi vaxtında qaytarılmadığı üçün beşinci tibb işçisi qətlə yetirilib. Qeyd edək ki, həmin tibb işçiləri Talibanlar tərəfindən hələ mart ayında ələ keçirilmişdi.

Bunlarla yanaşı Əfqanıstanın müdafiə nazirliyi bildidib ki, dünən beynəlxalq və Əfqan hərbi qüvvələri tərəfindən öldürülən və yaralanan yaraqlıların sayı 30-a çatıb.

XS
SM
MD
LG