Accessibility links

Böyük Səkkizlərin sammiti işinə başladı


Bu gün Almaniyanın Baltik dənizi sahilindəki Heylgendam şəhərində dünyanın sənayesi inkişaf etmiş ölkələrinin Böyük Səkkizlər sammiti öz işinə başlayıb. İqitasdi və iqlim dəyişikliyi məsələləri iki günlük sammitin diqqət mərkəzində olacaq.

Sammitə ev sahibliyi edən Alnamiyanın kansleri Angela Merkel açılış mərasimində öz həmkarlarını salamadı. Avropa Komissiyasının başçısı da daxil olmaqla, Almaniya, Britaniya, Franca, İtaliya, Rusiya, Kanada, Birləşmiş Ştatlar və Yaponiya liderlərinin iştirakı ilə sammitin ilk sessiyası işinə başladı. Sammitin açılışından əvvəl Böyük Səkkizliyə daxil olan liderlər bir-biri ilə təkbətək görüşlər keçiriblər.

ABŞ prezidenti Corc Buş dünən Almaniya kansleri Merkellə, bu gün səhər isə Britaniyanın baş naziri Toni Bleyerlə görüşüb. Qlobal istiləşmə sammitin əsas mövzusudur və cənab Buşun burada işlətdiyi hər kəlmə diqqətlə izlənilir. ABŞ prezidenti kansler Merkelin Qlobal istiləşməyə səbəb olan istixanə qazlarına məhdudiyyət qoyulmasına dair mövqeyini dəstəkləməyib. Bunun əvəzinə cənab Buş bütün qaz tullantılarının qarşısını almaq üçün uzun müddətli strategiya haqda planını vurğulayıb. “Mən bizim rolumuzu Avropadakı insanlarla Hindistan və Çindəki insanlar arasında körpü yaratmaqda görürəm. Əgər onların bir araya gətirmək istəyirsinizsə, beynəlxalq miqyasda onların qarşılarına məqsəd qoya bilmələri üçün imkan vermək çox vacibdir.”-deyə ABŞ prezidenti söyləyib.

Prezident Buş hər hansı bir vacib razılığın əldə olunması üçün Hindistan və Çin kimi sənayesi sürətlə inkişaf etməkdə olan ölkələrin də orada iştirak etməli olduğu fikrini bölüşür.

XS
SM
MD
LG