Accessibility links

Rabiədə baş verən hücum polis işçilərinin ölümünə səbəb olub


İraqın təhlükəsizlik rəsmiləri bildirirlər ki, maşına yerləşdirilmiş bomba partlayışı azı 9 nəfərin ölümünə, 22 nəfərin isə yaralanmasına səbəb olub. Rəsmilər bu gün İraqın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən Rabiə yaşayış məntəqəsində baş verən hücum nəticəsində 4 polis işçisinin də öldürüldünü bildidirib. Bu gün eləcə də şiələrin Sədr məhəlləsində baş berən bomba partlayışı azı 3 nəfərin ölümü, 8-nin isə yaralanmasına səbəb olub.

Birləşmiş Ştatlar hərbi qüvvələri İraqda qaçaq yolla sılah daşımaqda sübhəli bilinən 16 nəfərin nəzarət altına alındığını bildirib.

XS
SM
MD
LG