Accessibility links

Corc Buş xəstələndiyi üçün Böyük səkkizliyin açılış görüşündə iştirak etməyib


Prezident Buşun xəstəliyi onu Almaniyanın dənizsahili Heyligendam istirahət guşəsində keçirilən Böyük səkkizlik sammitinin açılış görüşündə iştirakına mane olub.

Ağ evin müşaviri Dən Bartlet deyib ki, cənab Buş qarın nahiyəsində ağrılardan əziyyət çəkir, lakin ciddi bir problem yoxdur. Prezidentin şəxsi həkimi onun vəziyyətinə nəzarət edir.

Bartletin sözlərinə görə, prezident Fransalı həmkarı Nikola Sarkozi ilə planlaşdırılmış görüşündən bir az əvvəl xəstələnib. Fransa prezidenti sonra cənab Buşla mehmanxanada görüşməyə razılıq verib.

Görüşdən sonra cənab Sarkozi müxbirlərə deyib ki, ABŞ prezidenti özünü bir qədər pis hiss edir.

Cənab Buş Böyük səkkizliyin sammitinə bir qədər sonra qatılıb.

XS
SM
MD
LG