Accessibility links

Corc Buşun Avropa səfəri İtaliyada davam edir


Prezident Buş İtaliyaya səfərinin bir hissəsi kimi, Roma Papası Benediktlə görüşüb. Bu, kardinal Cozef Ratzinger 2005-ci ildə Roma Papası seçiləndən bəri prezidentin onunla ilk görüşüdür. Görüş zamanı Roma Papası Benedikt cənab Buşdan Böyük Səkkizlərin sammitinin nəticələri və xüsusilə Afrika ölkələri və HİV/AİDS-lə mübarizə məsələləri barədə xəbər alıb. Təkbətək danışıqlar zamanı eləcə də, sabiq Roma Papası, mərhum İkinci İoan Pavelin əleyhinə olduğu İraq müharibəsi məsələsinə də toxunulacağı nəzərdə tutulmuşdu.

Cənab Buş və onun xanımı Lora Buş bundan öncə İtaliya prezidenti Giorgio Napolitano ilə onun iqamətgahında görüşmüşlər. Cənab Buşun bu axşam Əfqanıstan, Livan, İran, Balkanlar və Kosova məsələlərini müzakirə etmək üçün İtaliyanın baş naziri Romano Prodi ilə də görüşüb.

XS
SM
MD
LG