Accessibility links

İraq parlamentinin spikeri vəzifəsindən azad edilib


Bu gün Bağdadda keçirilən parlament iclasında 168 millət vəkilindən 113-nün lehinə səs verməsi ilə spiker Mahmud Əl-Məşhədanini vəzifəsindən azad edilib. Qanunvericilər Məşhədaninin əvəzinə müvəqqəti olarq onun müavini Xalid Əl-Atiyahı namizəd göstəriblər.

Britaniyanın yeni baş naziri təyin ediləcəyi gözlənilən Qordon Braun bu gün İraqın baş naziri Nuri Əl Maliki ilə görüşmək üçün Bağdada gedib. Britaniya səfirliyinin bildirdiyinə görə, cənab Braunun bir günlük səfərinin məqsədi Toni Bleyerin istefasından sonra, lazımi qərarlar vermək üçün məlumatları və faktları öyrənməkdir.

Birləşmiş Ştatların İraqdakı hərbi rəsmiləri isə bu arada bildirirlər ki, Bağdadda hərbiçilərin keşikçi məntəqəsinə edilən intiharçı hücumu üç ABŞ əsgərinin qətlinə, altısının isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG