Accessibility links

Misirdə parlament seçkiləri keçirilir


Misirdə bu gün parlamentin yuxarı palatası olan Şuraya seçkilər keçirilir. Şuranın praktik olaraq əlində heç bir hakimiyyət yoxdur. Ona görə də səs verənlərin az olacağı gözlənilir.

Polisin məlumatına görə, Delta Nilində yerləşən Hüseyniyyə şəhərində iki Şura namizədlərinin tərəfdarları arasında baş verən atışmada bir nəfər qətlə yetirilib. Savaş hakim Milli Demokrat Partiyasının nümayəndəsinin və müstəqil namizədin tərəfdarları arasında baş verib. Bu səsvermə hökumətin aparıcı müxalifət partiyası olan Müsəlman Qardaşlığı üzərinə basqılarından sonraya təsadüf edir. Şuraya seçkilərdə Müsəlman Qardaşlığının 19 nümayəndəsi müstəqil namizəd qismində çıxış edir. İndiyədək bu təşkilatın yüzlərlə üzvü həbs olunub.

XS
SM
MD
LG