Accessibility links

Əfqan polisi prezidentə sui-qəsd şübhəlilərini həbs edib


Əfqan polisi prezident Həmid Karzaiyə qarşı sui-qəsd təşəbbüsündə iştirakda şübhəli bilinən 11 nəfəri həbs etdiyini bildirib. Bugünkü həbslər BMT tərəfindən bazar günü Qəzni vilayətinin atəşə tutmasını pisləməsindən sonraya təsadüf edir.

BMT-nin yüksək rütbəli rəsmisi Tom Koenigs bu hücumu “qanuna zidd hərəkət” adlandırıb. Dünən cənab Karzai məktəbdə çıxış edən vaxt Talliban militantları məktəbə bir neçə raket atmışlar. Lakin hücumda həç kəs xəsarət almayıb. Son illərdə cənab Karzaiyə qarşı iki dəfə sui-qəsd cəhdi olub.

Bu arada bir intiharçı polisin nəzarət məntəqəsinin yaxınlığında bədəninə sarıdığı bombanı partlatmaqla 3 polis zabitdi daxil olmaqla, azı 5 nəfəri yaralayıb.

XS
SM
MD
LG