Accessibility links

Rəcəb Tayyib Ərdoğan: Türkiyə kürd qiyamçılarına qarşı vuruşacaq


Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan deyib ki, onun ölkəsi sərhədləri daxilində Kürd qiyamçılarına qarşı vuruşacaq. Cənab Ərdoğan bu açıqlamanı Türkiyənin İraqın şimalında kürd yaraqlılarına qarşı əməliyyat aparacağı haqda xəbərlər dolaşdığı vaxta təsadüf edir.

Cənab Ərdoğan bu gün deyib ki, Türkiyədəki 5 000 kürd qiyamçısına qarşı mübarizə aparılmalıdır. Lakin ABŞ və İraq Türkiyəyə sərhəddi keçməmək haqda xəbərdarlıq verib. Başqa xəbərdə Kürd Xəbər Agentliyi PKK-ya istinadən bildirir ki, təşkilat hökumət hücumları dayandırdığı təqdirdə silahı yerə qoymağa hazırdır.

XS
SM
MD
LG