Accessibility links

Hüquq müdafiəçiləri Təbrizdə işgəncələrdən ölənlər barədə məlumatları dəqiqləşdirir


Bu günlərdə Beynəlxalq Amnistiya təşkilatı bir neçə azərbaycanlı fəalın həbsi ilə bağlı təcili tədbir kampaniyası başlayıb. Beynəlxalq Amnistiya təşkilatı ilə əməkdaşlıq edən kanadalı hüquq müdafiəçisi, hazırda BMT insan hüquqları komissarlığında İranda azərbaycanlıların haqları haqqında hesabatın hazırlanmasında iştirak edən Faxtə Zamani azərbaycanlı fəallar Səid Mətinpur, Cəlil Qənilu, Mehdi Məhəmmədpur və Hüseyn Nəsiri haqqında hər iki təşkilatın İran hökumətinə sorğular göndərdiyini deyib.

Xanım Zamaninin sözlərinə görə, fəallardan yalnız Səid Mətinpur bazar günü, iyunun 10-da evi ilə əlaqə saxlayıb Ettelaat təcridxanasında olduğunu deyib. Təbrizli fəal Hüseyn Nəsiri və Ərdəbilli fəal, hərəkatın tanınmış simalarından biri Abbas Lisaninin bacısı oğlu Mehdi Məhəmmədpurun da taleyi qaranlıq olaraq qalır.

Ümumiyyətlə isə, hüquq müdafiəçisi informasiya blokadasını yarmaqda çətinlik çəkdiklərini deyir. Son məlumatlara görə, yüzlərlə azərbaycanlı fəal hələ də həbsdədir. Həbsdə ikən aldığı işgəncələrdən və Təbriz şəhərində mitinqin dağıdılması zamanı aldığı xəsarətlərdən həlak olanlar barədə də məlumatlar dəqiqləşdirilməkdədir.

XS
SM
MD
LG