Accessibility links

Fələstində BMT-nin iki yardım işçisi öldürülüb


Fələstinin rəqib Həmas və Fətah qruplaşmaları arasında döyüşlər Qəzza Zolağında genişlənib. Son zorakılıq aktında BMT-nin iki yardım işçisi öldürülüb. BMT sözçüsü bildirib ki, təşkilat iki fələstinli əməkdaşın öldürülməsindən sonra Qəzza Zolağında yardım əməliyyatlarını azalda bilər.

Bu gün Qəzza şəhərində sülh tələbi ilə keçən nümayişdə güllə ilə öldürülən bir nümayişçi də daxil olmaqla, daha 10 adamın öldürüldüyü xəbər verilir.

Qəzzanın Xan Yunis şəhərində bomba partlayışı Fətaha rəğbəti olan təhlükəsizlik qüvvələrinin qərargahını dağıdıb. Həmas son döyüşdə Fətahın daha iki müdafiə mövqeyini ələ keçirdiyini bildirir. Həmas döyüşçüləri Şimali Qəzzada mövqelərini möhkəmlədərək, Fətah qüvvələrinə silahı yerə qoymaq üçün cümə gününə qədər vaxt verib.

Fələstin prezidenti Mahmud Abbas Qəzzada baş verənləri “vəhşət” adlandırıb. Fətah qrupu bildirib ki, döyüşlər dayanmazsa, onlar Fələstin Birlik Hökumətindən çıxacaqlar. Çərşənbə axşamı iki qrup arasındakı döyüşlərdə azı 50 adam həlak olub.

XS
SM
MD
LG