Accessibility links

ABŞ-ın yüksək səviyyəli nümayəndələri Pakistanda rəsmi səfərdədir


Birləşmiş Ştatların yüksək vəzifəli nümayəndələri, ABŞ dövlət katibinin müavini Con Neqroponte və dövlət katibinin köməkçisi Riçard Bauçer Pakistandaki siyasi vıziyyəti və ikitərəfli münasibətləri müzakirə etmək üçün bu gün paytaxt İslamabadda prezident Pərviz Müşərrəflə görüşüblər. Rəsmilər görüşün detallarını açıqlamayıblar.

Birləşmiş Ştatlar Mərkəzi Ordu hissələrinin başçısı, admiral Villiam Fallon da Pakistan prezidenti, eyni zamanda Pakistan hərbi qüvvələrinin başçısı Pərviz Müşərrəflə ayrılırda görüşüb.

Dünən Pakistan televiziyası ilə çıxışında cənab Bauçer general Müşərrəfi bu ilin sonlarında keçiriləcək seçkilərin ədalətli keçirilməsinə çağırıb.

XS
SM
MD
LG