Accessibility links

ABŞ Kosovonun müstəqilliyini istəyir


ABŞ dövlət katibinin yardımçısı Deniel Frid Buş administrasiyasının Serbiyanın Kosovo regionunun müstəqilliyinə tərəfdar olduğunu bir daha dilə gətirib. Frid deyib ki, müstəqil Kosovo Serbiyanın maraqlarına uyğundur.

Cümə günü cənab Frid Dövlət departamentində müxbirlərə deyib ki, Kosovonun müstəqilliyinin birtərəfli tanınması nizamlama variantlarının ən pisi olsa da, məsələnin həllinin uzadılması yalnız qeyri-stabilliyə xidmət edir.

ABŞ rəsmiləri Belqradı keçmiş lider Slobodan Miloşeviçin NATO ilə müharibəyə başlaması və vətəndaşlara qarşı cinayət işlətməsi ilə Kosovonun itirildiyini etiraf etməyə çağırıblar.

XS
SM
MD
LG