Accessibility links

İrandan gələn azərbaycanlı qaçqınlar Bakıda problemlərlə üzləşir


Sərab şəhərində anadan olmuş İmaməli Nuri 8 ildən artıqdır ki, Azərbaycandadır. Onun sığınacaq haqqında müraciəti BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qəbul olunub, amma hələ ki, cənab Nuriyə heç bir ölkə sahib durmur.

Cənab Nurinin şikayəti təkcə BMT-dən deyil, həm də Azərbaycan rəsmi idarələrində süründürməçilikdəndir. Miqrantlara hüquqi yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, qanuna görə, Azərbaycan respublıikası bütün azərbaycanlıların vətənidir.

Amma ekspertə görə, Azərbaycanda ən çox əziyyət çəkən miqrantlar başqa ölkələrdən gələn azərbaycanlılardır. Məsələn İrana deportasiya olunan İran vətəndaşları da elə azərbaycanlılardır.

Elə İmaməli Nurinin narahatlığına səbəb olan məsələlərdən biri də son zamanlar İrana deportasiya hallarının artmasıdır.

İran hökumətinin nümayəndələri və xüsusilə də din xadimləri xaricdə sığınacaq istəyən vətəndaşların ABŞ və İsrail tərəfindən İranda iğtişaşlar törətmək üçün və rejim əleyhinə istifadə edildiyini deyir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Heniksə deyir ki, Birləşmiş Ştatların belə niyyətləri yoxdur.

Bununla belə Əlövsət Əliyevin sözlərinə görə, ABŞ-İran qarşıdurmasının hərbi müstəviyə keçməsi ilə bağlı söhbətlər İrandan qaçqınların artmasına səbəb olub.

Bakıda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şirkətlər də siyasi gərginliyin artması ilə Azərbaycanda ev almaq istəyən İran vətəndaşlarının sayının artdığını bildirirlər. Birləşmiş Ştatlarsa İranla bağlı heç bir hərbi planının olmadığını bildirir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG